Polşa ABŞ-ın əsas hərbi bazasına çevrilirbackend

Polşa ABŞ-ın əsas hərbi bazasına çevrilir

“ABŞ Polşanın Avropada onun əsas hərbi bazasına çevriləcəyinə öhdəlik götürüb”.

KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Yuri Svetov “Zvezda”ya müsahibəsində bildirib və daha sonra o, Polşanın Kalininqrad vilayəti ilə sərhəddə HIMARS reaktiv yaylım atəş sistemini yerləşdirməsi ehtimalını şərh edib.

“HIMARS-ın quraşdırılması iki səbəbə görə məntiqlidir – polyaklar hasar tikirlər, indi hasarın yaxınlığında silahlar yerləşdiriləcək. İkincisi, Polşa hesab edir ki, Ukrayna Qərb təyyarələrini alacaq, bu təyyarələr çox güman ki, Polşa və ya Rumıniya ərazisində yerləşdiriləcək. Biz isə xəbərdarlıq etdik ki, o zaman onlar qanuni hərbi hədəfə çevrilirlər”, – Svetov izah edib.

Politoloqun sözlərinə görə, qurğular Kalininqrad vilayətinin yaxınlığında yerləşərsə, Kalininqrada uçan mülki təyyarələr təhlükəsiz olmayacaq:“Mülki təyyarələr üçün də təhlükə var”,-deyə o Svetov əlavə edib.

Xatırladaq ki, Polşanın milli müdafiə naziri Mariuş Blaşşak demişdi ki, Polşa Kalininqrad vilayəti ilə sərhəd yaxınlığında Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemlərini yerləşdirməyə hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*