Polşa rəhbərliyi Belarusla sərhəddə 200 metrlik bufer zonası yaradacaq. Bununla bağlı yekun qərarın iyunun əvvəlində veriləcəyi gözlənilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu niyyəti Polşanın baş naziri Donald Tusk Belarusla sərhəddə sərhədçilərlər görüşündə deyib.
Baş nazirin sözlərinə görə, hərbçilərin özləri mühüm ərazilərdə bufer zonasının yaradılması tövsiyəsi ilə ölkə hakimiyyətinə müraciət edib.
“Milli müdafiə naziri, daxili işlər naziri və bütün Nazirlər Kabineti ilə birlikdə gələn həftənin əvvəlində bu qərarı verəcəyik”, – deyə siyasətçi söz verib.
Bu arada Polşa Müdafiə Nazirliyinin rəis müavini Sezari Tomçik bildirmişdi ki, ölkə hakimiyyəti Volodimir Zelenski hakimiyyətinə tədarük etdikləri silahlardan Rusiya Federasiyası ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib.
Bir gün öncə isə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Varşava Ukraynaya qoşun yeritməsini istisna etməməlidir. Bununla belə, siyasətçi Polşa qoşunlarının hansı rolu oynayacağını dəqiqləşdirməyib.
Xatirə SADİQ,
KONKRET.az