Polşa dəmir yolları da daxil olmaqla, vacib infrastrukturu qorumaq üçün 10 min əsgər yerləşdirəcək.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Polşa Baş naziri Donald Tusk Volodimir Zelenskidən dəmiryol təxribatlarında iştirak edən Ukrayna vətəndaşları haqqında məlumat istəyib.
“Polşa Rusiya kəşfiyyat xidmətinin Ukrayna vətəndaşları ilə əməkdaşlığını sübuta yetirəcək bütün məlumatların dərhal ötürülməsini gözləyir”, – Tusk vurğulayıb.
Xatırladaq ki, Donald Tusk bir gün əvvəl Polşa kəşfiyyat xidmətinin Ukraynaya aparan dəmir yolunda təxribat törədən şübhəliləri müəyyən etdiyini açıqlayıb. Onların iki Ukrayna vətəndaşı olduğu açıqlanıb. Bildirilib ki, onlar uzun müddətdir Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirlər.
