Polşa nüvə təklifinə CAVAB VERDİbackend

Polşa nüvə təklifinə CAVAB VERDİ

Polşa prezidenti Navrotski bildirib ki, ölkə “öz nüvə potensialına sahib olmalıdır”.

KONKRET.az xəbər verir ki, o, Polşanın nüvə dövləti statusu barədə proqnoz verməsə də, vurğulayıb ki, Polşa “nüvə silahının birgə istifadəsi hüququna malikdir”. Prezidentin sözlərinə görə, bu, NATO-nun Nuclear Sharing proqramı çərçivəsində nüvə silahına malik üzv dövlətlərin digər NATO üzvləri ilə silahlarını paylaşmasını nəzərdə tutur.

Navrotski əlavə edib: “Polşa və Fransa arasındakı tərəfdaşlıq məhz bu prinsiplərə əsaslanır. Bu, Nancy müqaviləsi sayəsində mümkün olacaq və mən onu Polşa Respublikası prezidenti kimi imzalamaqdan məmnun olacağam.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*