Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Radom şəhərində avqustun 30-31-də keçirilməsi planlaşdırılan Beynəlxalq Aviasiya Sərgisinin məşqi zamanı qəzaya uğrayıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Polşa hökumətinin sözçüsü Adam Szlapka hadisə zamanı pilotun həyatını itirdiyini bildirib.
Sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anını əks etdirən videolar yayılıb.
Təşkilat komitəsinin nümayəndəsi “RİA Novosti”yə qırıcının qəzaya uğramasından sonra tədbirin ləğv edildiyini deyib.
“Avia şounun ləğvi ilə bağlı qərar indicə verilib. Bu il baş tutmayacaq”, – agentliyin mənbəsi vurğulayıb.