Polşalı deputat Hanukka şamlarını söndürdü – VİDEObackend

Polşalı deputat Hanukka şamlarını söndürdü - VİDEO

Polşa parlamentinin ifrat sağçı deputatı Qrzeqorz Braun Hanukkanın şərəfinə yandırılan menoradakı şamları söndürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

İfrat sağçı deputat Hanukkanın şərəfinə yandırılan şamları söndürmək üçün yanğınsöndürəndən istifadə edib.

Parlamentin spikeri Szymon Gołownia onun hərəkətini kəskin şəkildə pisləyib və bildirib ki, Polşa parlamenti Seymdə antisemitizm və ksenofob davranışa yol verməyəcək.

Braun əvvəllər Polşanı “yəhudi dövlətinə” çevirmək üçün sui-qəsdin olduğuna dair yalan iddialar səsləndirmişdi.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*