Polşalı professor: “Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilə bilər”backend

Polşalı professor: "Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilə bilər"

“Türk Dövlətləri Təşkilatı (TDT) ortaq siyasətlər üzərində əməkdaşlıq edərsə, əhəmiyyətli qlobal təsirə malik regional gücə çevrilə bilər”.

KONKRET.az xəbər verir ki, bunu polşalı araşdırmaçı, Adam Mickievicz Universitetinin professoru Yakub Jakusik deyib.

O bildirib ki, təşkilat yeni olsa da, proseslərdə qlobal rol oynamaq potensialındadır:

“Regionda əməkdaşlıq etmək vacibdir. Ölkələr arasında yaxınlaşma digər sahələrdə də inkişafa səbəb ola bilər. Türk Dövlətləri Təşkilatı vahid siyasət yürüdərsə, bu yöndə ortaq əməkdaşlıq edərlərsə, regionda qlobal gücə çevrilə bilər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*