Pompeodan etiraf: “Qeyri-kafi olub”backend

Pompeodan etiraf: "Qeyri-kafi olub"

“ABŞ-nin Ukraynaya yardımı yavaş və qeyri-kafi olub”.

KONKRET.az xəbər verir ki, bunu Donald Trampın dövründə dövlət katibi olmuş Mayk Pompeo “Time” jurnalına müsahibəsində deyib.

Pompeo növbəti ABŞ administrasiyasını Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, Ukrayna ordusunun Amerika silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa və Ukrayna tərəfinə amerikalı istehsalçılardan lazımi silahları almağa kömək etmək üçün 500 milyard dollarlıq “Lend-Lease” proqramı yaratmağa çağırıb.

Onun sözlərinə görə, Konqres münaqişə başlayandan bəri Ukraynaya 174 milyard dollardan çox yardımın ayrılmasını təsdiqləyib.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*