Pompeonun baş müşaviri istefa verdibackend

Pompeonun baş müşaviri istefa verdi

ABŞ dövlət katibi Mayk Pompeonun baş məsləhətçisi Maykl Makkinli istefa verib.

KONKRET.AZ xəbər verir ki, bu barədə “The Wall Street” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, M. Makkinli dövlət katibi M. Pompeonun Ukrayna hakimiyyətinə təzyiq iddiasında adı hallanan və ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyə çağırılan diplomatlara kifayət qədər dəstək verməməsindən məyus olduğunu bildirib.

O, ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin istefasından ciddi şəkildə narahat olub.

M. Makkinli Ukrayna məsələsi ilə birbaşa əlaqəli şəxs olmayıb. O, müxtəlif dövrlərdə ABŞ-ın Əfqanıstan, Kolumbiya, Peru və Braziliyadakı səfiri kimi çalışıb. Son dövrlərdə M. Makkinli Venesuela, Meksika və Əfqanıstan məsələləri ilə məşğul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*