Poqosyan: “Azərbaycanın sözü həlledicidir, Paşinyanı heç eşidən yoxdur”backend

Poqosyan: “Azərbaycanın sözü həlledicidir, Paşinyanı heç eşidən yoxdur”

“Qarabağ parlamentinin “deputatları” (separatçıları-red.) özlərini ağıllı sayırlar. Onlar elə hesab edirlər ki, rus sülhməramlılarına mandat istəməklə onlara asanlıqla mandat ala biləcəklər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan deyib.

Poqosyanın fikirincə, rus sülməramlılarına mandat istəyən Qarabağ separatçıları bir məsələni unudurlar ki, Rusiyaya heç kim mandat verməyəcək:

“ABŞ və Avropa ölkələrinin heç biri Rusiyanın mandat alacağına səs verməyəcək. Mən məntiqi başa düşə bilmirəm.Yüz faiz əminəm ki, bu sağlam fikrin məhsulu deyil. Avropalılar Rusiya sülməramlılarına  mandat versələr, Zelenski Təhlükəsizlik Şurasını  sadəcə partladar.Ümumiyyətlə Rusiyaya mandat tələb etmək böyük güclərin bizdən üz döndərməsinə səbəb olacaq. Bəlkə hesab edirlər ki, onları ruslar xilas edəcək. Amma düşünməlidirlər ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın icazəsi olmadan heç bir mandatdan söhbət gedə bilməz. Bunu mən demirəm, bunu Təhlükəsizlik Şurasının üzv ölkələri deyir. Azərbaycanın sözü orada həlledicidir. Paşinyanın sözünü isə eşidən olmayacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*