Poqosyan: “Çox çətin vəziyyət yaranıb, ağır qərar da olsa da, qəbul etməliyik”backend

Poqosyan: “Çox çətin vəziyyət yaranıb, ağır qərar da olsa da, qəbul etməliyik”

“Məndə olan məlumata görə, dünən keçirilən görüşün nəticəsində məlum olub ki, problemin hansısa formada həlli ilə bağlı müəyyən konsensus var. Amma hansı yolun seçiləcəyini zaman göstərəcək. Təbii ki, xalq hakimiyyətdən qərar verməsini tələb edir, amma mən özüm başa düşürəm ki, bu qərar çətin ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri separatçı Vaqram Poqosyan bildirib

Onun fikrincə, Qarabağda mövcud son problemlərin həlli yolları nəhayət tapılmalıdır, lakin onların konkret nə olacağını deyə bilməz.

“Təəssüflər olsun ki, bu gün biz Qarabağ ermənilərinin tək qaldığını və heç bir yerdən, hətta Ermənistandan belə dəstək almadığını görürük. Başa düşürük ki, kifayət qədər çətin vəziyyət yaranıb. Ancaq nə olursa olsun, qərar qəbul edilməlidir. Bu qərar Qarabağ erməniləri üçün ağır olsa da, onları necə xilas edə biləcəyimizi başa düşməliyik”, – deyə Poqosyan vurğulayıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*