Ukrayna hakimiyyəti Poroşenko və Kliçko barəsində ittihamlar hazırlayır.
KONKRET.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Anna Skoroxod keçmiş prezident Pyotr Poroşenko və Kiyev meri Vitali Kliçko barəsində cinayət işi üzrə şübhəli şəxs qismində ittihamların hazırlanmaqda olduğunu bildirib.
“Poroşenko barəsində ittiham hazırlanır. Düşünürəm ki, baş prokuror Ruslan Kravçenko onu imzalayacaq. Kliçko barəsində də ittiham hazırlanır. Düşünürəm, bu sənədləri də Kravçenko imzalayacaq”, – deyə Skoroxod vurğulayıb.
Natiq Səlim,
KONKRET.az