“Post-sovet”dən “post-rus” Ermənistana: Paşinyan təhdidləri BELƏ aradan qaldırır – ŞOK SSENARİbackend

"Post-sovet"dən "post-rus" Ermənistana: Paşinyan təhdidləri BELƏ aradan qaldırır - ŞOK SSENARİ

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da paylaşdığı məlumatda “Armeniya Elektrik Şəbəkələri” şirkətinin (məhbus rus biznesmeni Samvel Karapetyana məxsus) milliləşdirilməsi planının hazır olduğunu və tezliklə praktikaya keçəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyan həmçinin dövlət çevrilişi cəhdindən danışıb. Ermənistanın Civic nəşri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, Karapetyan, “Qazprom Armenia” və RJD-yə məxsus Cənubi Qafqaz Dəmir Yollarının iştirakı ilə hökumətin devrilməsi planını açıqlayıb. Sənədin linkini Paşinyan özü də paylaşıb.

Zorakı yolla hakimiyyət ələ keçirmək və sabitliyi pozmaq ittihamları ilə həbs edilən Karapetyanın saxlanması ilə eyni vaxtda Paşinyan ENA-nın fəaliyyəti barədə tənqidlər səsləndirib və şirkəti ölkənin energetika sisteminə zərərli adlandırıb. Bu addım iqtisadi tədbir kimi yox, strateji resursa dövlət nəzarətini bərpa etmək kimi qiymətləndirilib.

Lakin bu ritorikanın arxasında Ermənistanın daxili və xarici siyasətində daha dərin dəyişiklik dayanır. ENA-nın milliləşdirilməsi təkcə konkret biznesmendən qurtulma deyil, həm də ölkənin rus iqtisadi orbitindən tədricən ayrılması deməkdir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*