Premyer Liqa: “Zirə” – “Kəpəz” oyununun startı yubanırbackend

Premyer Liqa: "Zirə" - "Kəpəz" oyununun startı yubanır

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” matçının startı yubanır.

KONKRET.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.

“Zirə” – “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.

Qeyd edək ki, son olaraq oyunun startı saat 18:00-a təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*