Prezidentdən Təhsil Nazirliyi ilə bağlı – SƏRƏNCAMbackend

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

KONKRET.az xəbər verir ki, sərəncamda deyilir:

“1. Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Gülnar
    May 7, 2020 - 16:10

    Saatlı rayon Q.Abduloğlu adına Gomuşçu kənd tam orta məktəbinin də təmirə çoox ehtiyacı var. xahiş edirəm nazirlik bizi də yada salsın. gəlin görün hansı halda biz dərs keçirik. odun peçi. sınıq partalar. bağlanmayan qapılar. şüşəsiz pəncərələr……

    • Lamiyə Əliyeva
      May 7, 2020 - 21:52

      Eyni vəziyyət Goranboy rayon Düzqışlaq kənd tam orta məktəbi üçündə keçərlidir
      İkimərtəbəli tam orta məktəbdir birinci mərtəbə plastik qapı pəncərələrlə keçən il təmir olundu amma ikinci mərtəbə bərbad gündədir qapı pəncərələrin sadəcə cərcivələri qalıb partalar qırıq qırıq müəllimlər otağındakı stullar 1990 çi illərdən qalmadir xahiş edirəm bizim məktəbdə diqqət ayırın qoy bizim gələcəyimiz olan uşaqlarımız nəm çəkmiş divarların qırıq masaların uçuq otaqların içində təhsil almasinlar

    • Akif
      May 8, 2020 - 08:17

      Dur osdur az qehbe gulnar Azerbaycanda her sey yaxsidir Prezidentimiz sagolsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*