Prezident professoru təltif etdibackend

Prezident professoru təltif etdi

Prezident İlham Əliyev İsa Hüseyn oğlu İsayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.İsayev Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*