Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ: Bu ərazilərə geri qayıdırıqbackend

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ: Bu ərazilərə geri qayıdırıq

“Aşıq Ələsgər xalqımızın zəngin poetik irsinin daşıyıcısı, dərin koloritli yaradıcılığı özündə cəmləyən ustad sənətkarlardandır. Aşıq sənəti ənənələrinin məktəbini yaratmış sənətkar özündən sonra çox sayda ustad yetirmələr yetişdirməyi bacarıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış Aşıq Ələsgərin abidəsinin açılışında iştirakı da, həmin mərasimdə verdiyi mesajlar da xüsusi önəm daşıyır:

“Sənətə, sənətkara verilən yüksək ehtiramın bir təzahürü olmaqla yanaşı, bu addım dədə-baba torpağımız olan Göyçə mahalında digər abidələrimizə qarşı olduğu kimi, Ələsgərin abidəsinə qarşı da vandalizm nümayiş olunmasına bir cavab reaksiyasıdır. Həmin abidənin Bakıda ucaldılması və yaxın gələcəkdə öz doğma yurdunda ucaldılacağı ilə bağlı müzəffər liderin dilindən fikrin səsləndirilməsi ata-baba yurdumuza dönüşün simvolu, mesajı və xalqa verilən ümid idi.

Nəzərə almaq lazımdır ki, Prezidentimizin dilindən indiyə qədər həyata keçməyən heç bir mesajın şahidi olmamışıq. Bu mesajın da praktiki təntənəsi çox yaxın zamanın hadisəsi olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*