Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası növbəti iclasında SerbiyaRespublikasının Prezidenti Milorad Dodikin səlahiyyətlərinə xitam verilməsi proseduruna başlamaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə agentliyin rəsmi məlumatında deyilir.
“İctimaiyyətə məlumat veririk ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası müntəzəm fəaliyyətini davam etdirir, onun fəaliyyət istiqamətlərindən biri də Seçki Qanununa uyğun olaraq seçilmiş vəzifəli şəxslərin səlahiyyətlərinə xitam verilməsinin təsdiqi prosedurunun başlanmasıdır. Hüquqi prosedurlara və məhkəmə təcrübəsinə əsasən, MSK Serbiya Respublikasının Prezidenti Milorad Dodikin işinə də baxacaq”.
Açıqlamaya görə, bu məsələyə baxıla biləcək iclas ilkin olaraq avqustun 6-na təyin edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az