Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 fevral tarixli 504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 fevral tarixli 504 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 179) ilə təsdiq edilmiş “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”nın “Quraşdırılıcaq liftlərin sayı” sütununda “200” rəqəmləri “207” rəqəmləri ilə və “141” rəqəmləri “148” rəqəmləri ilə əvəz edilsin.
