Prezident yeni səfirlər təyin etdibackend

Prezident yeni səfirlər təyin etdi

Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Eyni zamanda Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*