Prezidentin kürəkəninin firması yeni obyektlər inşa edir – MEDİAbackend

Prezidentin kürəkəninin firması yeni obyektlər inşa edir - MEDİA

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

2.3 milyard dollar dəyərində ilk Türkmənistan magistral yolunun əsəs tikintisilə məğul olan “Nusay Yolları” Prezident Qurbanqulu Berdiməhəmmədovun kürəkəninə məxsusdur.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu yerli mediaya istinadən xəbər verir ki, kürəkən paytaxt Aşqabadda S. Türkmənbaşı və A.Niyazov prospektlərinin kəsişməsində avtomobil tunelinin və dörd yeraltı piyada keçidinin inşası üçün layihənin tenderini udub.

Qeyd edək ki, “Nusay Yolları” şirkəti Türkmənabadda iki yaşayış binası da tikib.

Türkmənistan mediasına görə, “Nusay Yolları” firması Türkmənistan prezidentinin böyük bacısı Durdınabat Rejepovanın əri Annanazar Rejepova məxsusdur. Rəsmi olaraq A. Rejepov bu şirkətin əlaqələndiricisi kimi göstərilib, lakin o, şirkətin faktiki sahibidir.

Xatırladaq ki, 2019-cu ildə “Nusay Yolları” Aşqabaddan Türkmənabadadək ilk Türkmənistan avtobanının inşası üçün dörd podratçıdan biri olub. Layihənin dəyərinin 2,3 milyard dollar olduğu bildirilir.

Qəribəsi isə odur ki, magistral yolun tikintisi üçün tender keçirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*