Prezidentin qızının həbs müddəti uzadıldıbackend

Prezidentin qızının həbs müddəti uzadıldı

 

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimovanın həbs müddəti növbəti dəfə uzadılıb. Bu barədə İnstaqram səhifəsində Londonda yaşayan qızı İman Kərimova məlumat verib. Ancaq o, anasının həbs cəzasının nə vaxt, kim tərəfindən və nə qədər uzadıldığını açıqlamayıb.

“Vətəndaşlardan və jurnalistlərdən gələn sual axınının artması ilə əlaqədar olaraq, komandamız Gülnarə Kərimova qarşı siyasi motivli məhkəmə işi haqqında tam məlumat dərc etməyə başlayacaq”, – deyə İman Kərimova dekabrın 3-də İnstaqram səhifəsində yazıb.

O, Özbəkistan hökumətinin qanunsuz üsullardan istifadə etdiyini deyir. İman Kərimova bildirir ki, bununla əlaqədar olaraq, qanunsuz üsullarla bağlı şəffaflığı təmin edəcək “detallar və faktlar” tezliklə yayımlanacaq.

İman Kərimovanın sözlərinə görə, istintaqın əsas məqsədi Gülnarə Kərimovanı ölkədəki bütün mümkün iqtisadi və sosial çatışmazlıqlar və problemlərdə ittiham etməkdir.

Onun dediyinə görə, Gülnarə Kərimovanın “beşinci dəfədir ki, hökümət üzvlərinin əksəriyyətini sıx bağlayan bu məsələdə həqiqət qorxusuna görə cəzasını uzadıb və onu tam təcrid vəziyyətində saxlayıb”.

Xatırladaq ki, bu ilin avqust ayında Özbəkistan Baş Prokurorluğu Gülnarə Kərimovaya qarşı dövlət vəsaitlərinin mənimsənilməsi və Özbəkistanın maraqlarına zidd əməliyyatlar bağlanması, habelə xarici əmlakın qəsb yolu ilə ələ keçirilməsi faktları ilə bağlı yeni cinayət işlərinin başlandığını elan etmişdi.

İsveçrə hüquqşünası Gregoire Manzha iddia edir ki, hələ də Özbəkistan məhkəməsi tərəfindən Gülnarə Kərimovanın təyin etdiyi ümumi cəzanı bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*