Prezidentliyə namizəd xalqa səsləndi: “Mənə 1 manat verin”backend

Prezidentliyə namizəd xalqa səsləndi: “Mənə 1 manat verin

“Azərbaycan prezidentliyinə namizədliyimin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndi və mənə bildiriş verildi”.

KONKRET.az xəbər verir ki, bunu müvəqqəti olaraq fəaliyyətini dayandırdığını elan etmiş Azərbaycan Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan bildirib.

O, seçkilərlə bağlı “Kapitalbank”da hesab açdığını da qeyd edib.

“Yəqin ki, bu gün imza vərəqələrini mənə verəcəkər”, – əlavə edib.

Əvəz Temirxan onu dəstəkləyənləri “Kapitalbank”da açdığı hesaba pul köçürməyə də çağırıb.

“Məni dəstəkləyən hər kəsi seçki kampaniyamın maliyyələşməsi üçün bu hesaba cəmi 1 manat köçürməyi, imza verməyi təklif edirəm”, – o deyib.

Ə.Temirxan bildirib ki, seçkidən sonra pulların qalığı son qəpiyinədək yeni yaradılacaq “Azərbaycan” Fonduna köçürüləcək.Yenisabah.az

  • Tahir Qasımov
    Dekabr 30, 2023 - 13:25

    Qalsa deyir ha? Həm də uzaq başı sənə 100-150 manat köçürürlər ki, onu da yemədən, içmədən ömrü boyu bəsindir. İkincisi: Əvəz Temurxan öz hesaba pul köçürüb (və ya kimlərinsə adına özü körürərək) yığılan pulu biləcək 1 manata sonra seçkidə ona səs veriıməyəndə ondan spekuadiya kimi istifadə edəcək ki, baxın mənə təkcə 1 manat köçürənlər bu qədər idi…. Ay xatakar……

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*