“Slovakiyanın baş naziri Robert Fiko və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdlərindən sonra Serbiya prezidenti Aleksandr Vuçiçin həyatına da təhlükə yaranıb”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.
O bildirib ki, Ukrayna – Rusiya müharibəsində sülh tərəfdarlarına qarşı sui-qəsdlər həyata keçirilir:
“Robert Fiko və Donald Trampa qarşı baş verən hadisələrdən sonra, mən Vuçiçə ehtiyatlı olmağı tapşırdım. Cənab prezidentin də həyatına təhlükə yaranıb. Kim Ukraynada müharibənin başa çatmasını istəyirsə, onun həyatı təhlükə altına düşür”.
Nazir bildirib ki, onlardan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edirlər.
Natiq Səlim,
KONKRET.az