Priqojin Putinə ULTİMATUM VERDİ: “Dediyimi etməsəz, həqiqətləri açıqlayacam” – VİDEObackend

Priqojin Putinə ULTİMATUM VERDİ: "Dediyimi etməsəz, həqiqətləri açıqlayacam" - VİDEO

“Vaqner”in lideri Priqojin Putinə Moskvadakı paradın bitməsinə qədər vaxt verib.

KONKRET.az xəbər verir ki, bu barədə Yevgeni Priqojin videomüraciətində bildirib.

O, Putini cəbhədəki vəziyyətlə bağlı həqiqəti açıqlayacağı ilə hədələyib.

Yayılan videoda Priqojin bu gün Moskvada keçirilən parad başa çatana qədər döyüş sursatı ilə təmin olunmasa, cəbhədəki acınacaqlı vəziyyətlə bağlı əsl həqiqəti söyləyəcək video yayımlayacağını bildirib.

“Biz tam videonu göstərəcəyik. Orada döyüş sursatı ilə bağlı vəziyyəti deyəcəyəm, zəfər paradı başa çatdıqdan sonra düz saat 10:40-da. Əgər birdən döyüş sursatı alsaq, onda göstərməyəcəyik”, – deyə Priqojin Putini hədələyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*