“Vaqner PMC-nin muzdluları rüsvayçılıq yolu ilə getməyəcək və sosial təminat almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamayacaqlar”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.
O hesab ki prezident Putin kompromis həll yolu tapacaq, bu yolla muzdlular digər döyüşçülər kimi sosial təminat əldə edə biləcəklər.
“Mənim 20 min ölüm var, onlar da Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdırlarmı? – deyə Priqojin kinayə ilə sual edib.
Bundan əvvəl o, Müdafiə Nazirliyi rəhbərliyinin Vaqner PMC-nin muzdlularının müqavilə imzalamadıqları təqdirdə Ukraynaya qarşı müharibədə iştirak edə bilməyəcəkləri barədə açıqlamalarını nağıl adlandırıb.
“Cavab çox sadədir: heç kim rus adamına öz torpağını müdafiə etməyi qadağan edə bilməz. Nə müdafiə nazirinin, nə də kiminsə bunu etməyə ixtiyarı yoxdur. Bunu etməyə yalnız Allahın haqqı var. Buna görə də, hərbi funksionerlər nə qədər istəsələr də, biz torpaqlarımızı müdafiə etməyə davam edəcəyik”, – deyə Priqojin əlavə edib.
Xatırladaq ki, iyunun 10-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən bütün könüllü dəstələrə iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib. Putin iyunun 13-də hərbi müxbirlərlə görüşdə Şoyqunun qərarını dəstəkləyib. Onun sözlərinə görə, könüllülərə hüquqi status lazımdır ki, sosial təminat ala bilsinlər.
Günel Mikayılova,
KONKRET.az