Priqojin rusların cəbhədəki ölü miqyasını ortaya qoyan şəkil PAYLAŞDI – FOTO/SƏSYAZISIbackend

Priqojin rusların cəbhədəki ölü miqyasını ortaya qoyan şəkil PAYLAŞDI - FOTO/SƏSYAZISI

“Vaqner”in yaradıcısı Yevgeni Priqojin cəbhədəki ölü miqyasını ortaya qoyan şəkil paylaşıb.

KONKRET.az xəbər verir ki, Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu vətənə xəyanətdə ittiham etdiyi səsyazısı yayılıb.

Səsyazısından sonra Priqojin ona  irad bildirənlərə, inanmayanlara sübut üçün bədənləri ilə təchizat çatışmazlığını kompensasiya edərək ölən döyüşçülərin dəhşətli fotosunu paylaşıb.

O bildirib ki, Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərini mərmi qıtlığı vəziyyətində saxlamağa davam edir, bunun nəticəsində itkilər kəskin şəkildə artıb.

“Analar, arvadlar və uşaqlar cəsəd alacaqlar. Kim günahkardır? Bizi kifayət qədər sursatla təmin etmək məsələsini həll etməli olanlar günahkardır – Gerasimov və ya Şoyqu.

MN-dəki əclaflar təchizatları göndərənə qədər döyüşçülər hər gün canlarını verəcəklər!
Komandanlıqdakı alçaqlar  ümumiyyətlə düşünürmü ki, “vaqnerlər” döyüşməkdən və ölməkdən imtina etsələr, cəbhəni kim döyüşəcək?

Elə indi ukraynalılar əks-hücumhəyata keçirsələr, bizim oğlanların hücumu dəf etmək üçün sadəcə heç nələri olmayacaq!

Əclaf Şoyqu nəyə nail olmağa çalışır? Bu məxluq artıq hər şeyi alt-üst edib və indi nəhayət müharibəni uduzmaq istəyir?”, – deyə Priqojin qəzəblənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*