Priqojin Şoyqu və Gerasimovu “rus xalqının soyqırımı”nda ittiham etdibackend

Priqojin Şoyqu və Gerasimovu “rus xalqının soyqırımı”nda ittiham etdi

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu “rus xalqının soyqırımı”nda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaqner” PMC-nin rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Priqojin onlara qarşı Rusiya Federasiyasının İstintaq Komitəsinə ərizə yazıb.

“Onlar rus xalqının soyqırımına, on minlərlə Rusiya vətəndaşının qətlinə və Rusiya ərazilərinin düşmənə verilməsinə görə məsuliyyət daşımalıdırlar, – deyə Priqojin bildirib.

Xatırladaq ki, iyunun 10-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən bütün könüllü dəstələrə iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib. Putin iyunun 13-də hərbi müxbirlərlə görüşdə Şoyqunun qərarını dəstəkləyib. Onun sözlərinə görə, könüllülərə hüquqi status lazımdır ki, sosial təminat ala bilsinlər. Priqojin isə bundan imtina etdi və müqavilə bağlamaq istəməyən hər kəsi Vaqnerə qoşulmağa çağırıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*