Priqojin Şoyqunun yerinə GÖZ DİKDİ – VİDEObackend

Priqojin Şoyqunun yerinə GÖZ DİKDİ - VİDEO

Priqojin özünü Rusiyanın gələcək müdafiə naziri kimi görür.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin özü məlumat verib. O, bir müddət əvvəl deyib ki, Rusiyanın medafiə naziri Sergey Şoyqunu Baxmuta dəvət edib.

Jurnalistlər Priqojindən Şoyqunun Baxmutu ziyarət etmək təklifini qəbul edib-etmədiyi barədə soruşublar.

“Qəribə sualdır, mən bunun hamıya məlum olduğunu düşünürdüm. Artıq bir həftəyə yaxındır ki, o, Baxmutun ərazisində, zirzəmidə yerləşən hücum bölməsinin qərargahındadır”, – o deyib.

Sonra Priqojin Şoyqu haqqında dediyi sözlərinə aydınlıq gətirib.

“Oy, siz məni çətin vəziyyətə saldınız. Əlbəttə, gələcək müdafiə nazirini nəzərdə tuturdum. Keçmişi xatırla, amma gələcəklə yaşa”, – deyə o, Rusiyanın gələcək müdafiə naziri olacağına eyham vurub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*