Professor Lalə Əlizadə vəfat edibbackend

Professor Lalə Əlizadə vəfat edib

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib.

Bu barədə KONKRET.az-a onun ailəsi məlumat verib.

Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib.

O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Lalə Əlizadə 1950-ci ildə anadan olub. “Azərbaycan müəllimi” qəzetin, Bakıda yerləşən müxtəlif məktəblərdə, 1989-cu ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərib.

Elmi yaradıcılığı boyu Məhəmməd Füzulinin irsinin araşdırılması ilə məşğul olub. Alimin “Füzulinin gizli sözü” (1989), “Füzulini tədris edərkən” (1995), “Böyük Füzulinin yadigarı” (1996), “Məhəmməd Füzuli” (2009) tədqiqat əsərləri işıq üzü görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*