Türkiyədə prokuror Zəfər Partiyasının sədri Ümid Özdağa 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istəyib.
KONKRET.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, partiya sədri “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” maddəsi üzrə mühakimə olunur.
Qeyd edək ki, Ümit Özdağ bu ilin yanvar ayında saxlanılıb.