Prokurorluq Masallıda baş verən qətllə bağlı açıqlama yaydıbackend

Prokurorluq Masallıda baş verən qətllə bağlı açıqlama yaydı

Masallı rayonunda ailə münaqişəsi zəminində qətl baş verib.

Masallı rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, iyunun 29-da, gecə saat 4 radələrində Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində bir nəfərin qətlə yetirilməsi və bir neçə nəfərin yaralanması ilə bağlı Masallı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyevin ov tüfəngi ilə atəş açaraq ailə-məişət münaqişəsi zəminində qohumu Aybəniz Məmmədovanı qəsdən öldürməsinə, digər qohumları Arzu Zərbəliyeva, Aysu Məmmədova və Fərman Qarayevə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Kamran Zərbəliyev şübhəli şəxs qismində tutulub, hadisənin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*