“Proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır” – Nazpəribackend

"Proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır" - Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva efirdə trend davası edən müğənnilərə görə televiziyaları günahlandırıb.

KONKRET.az Axşam.az-a istinadla  xəbər verir ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində danışıb. O bildirib ki, proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır:

“Mən düşünürəm ki, bunun ilk səbəbkarı bizim televiziyalarımızdır. Mətbuat da onları işıqlandırmamalıdır. Onlar verməsə, artıq trend məsələsi yığışdırılacaq. Əgər onlar yığışdırılsa, sənət adamları da verilişlərə güvənlə gələcək. Biləcəklər ki, həmin proqramda trenddə meydan sürənlər deyil, sənətkarlar olacaq. Sözsüz ki, ilk növbədə kanallardır. Televiziyalardan gözləyirik ki, trendbazları yığışdırsınlar. İnsanların xoşuna gəlməyən söz-söhbətləri verməsinlər. Mən başa düşürəm, televiziyanın da bəzi qanunları və şərtləri var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*