Hər zaman gözəl görünmək üçün pula düşkün, dəbdəbəli xərclərdən qaçmayan bürclər üzə çıxıb.
KONKRET.az astroloqların verdiyi açıqlamalara görə, pulu və dəbdəbəni ən çox sevən 3 bürcü təqdim edir:
ƏQRƏB:
Ehtirasları ilə tanınan Əqrəblər mübaliğəni və təmtərağı sevirlər. Onların bir çoxu bahalı məhsullara meyllidir və bu, onları zaman-zaman maddi sıxıntıya sala bilər. Evli Əqrəb bürcləri bu mövzuda həyat yoldaşı ilə problemlər yaşaya bilər.
QOÇ:
Qoçlar həyat tərzində tez-tez dəyişiklik etmək istəyirlər. Xüsusilə sosial medianın geniş yayılması ilə qarşı tərəfin yaddaşında öz incə zövqü ilə qalmaq istəyən bu insanlar mübaliğələrində də önə çıxırlar.
ŞİR:
Liderlik keyfiyyətləri ilə tanınan Şirlər hədiyyədən tutmuş üsluba qədər mübaliğəni sevən insanlardır. Onlar üçün dəbdəbəli həyat şərtdir. Şirlər üçün rahat və lüks həyat vacibdir.