Müğənni Serdar Ortaç həmkarı Alişanın qonağı olub.
KONKRET.az xəbər verir ki, qumar oyunu ilə tanınan Ortaç verilişdə “Pulu qoymağa yer tapa bilmirdim. Qumar məni məhv etdi” deyib.
TRT1-də yayımlanan verilişdə Serdar açıqlamaları ilə gündəmə gəlib. Qumar həvəsinə görə banklara 10 milyon lirə borcu olan və bir müddət əvvəl bu borclarını bağlayan sənətçi “35 il oynadım, heç vaxt qalib olmadım” – deyib:
“Gələcək üçün heç bir plan qurmadım. Rəhmətlik atama dedim ki, pulu qoymağa yer tapa bilmirəm. O da mənə dedi ki, oğlum, sən onu banka yatır. O vaxt bütün banklarda pulum var idi. Bilmirdim ki, pul tükənəcək, ona görə də belə olur. Mən heç vaxt pula dəyər verməmişəm”, – deyə müğənni əlavə edib. Axşam.az