Avropa İttifaqının ali diplomatı Kaya Kallas BBC-yə verdiyi müsahibədə bildirib ki, Rusiyanın məqsədi Avropa dövlətlərini “tələ”yə salmaqdır.
Onun sözlərinə görə, yeganə etibarlı təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur və bu zəmanətlər “yalnız kağız üzərində” qalmamalıdır.
KONKRET.az xəbər verir ki, Kallas həmçinin qeyd edib ki, Rusiya indiyədək heç bir güzəştə getməyib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq 19-cu sanksiyalar paketini hazırlayıb ki, bu da Putinə təzyiq göstərmək və onu danışıqları davam etdirməyə məcbur etmək məqsədi daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az