Putin Bakıda hansı məşhurla görüşməkdən imtina edib? – İDDİAbackend

Putin Bakıda hansı məşhurla görüşməkdən imtina edib? - İDDİA

“Rusiya prezidenti Vladimir Putin Bakıda “Telegram”ın yaradıcısı Pavel Durovla görüşdən imtina edib”.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya “Baza” Teleqram kanalında yer alıb.

Telegram”ın yaradıcısı yeni yaşından imtina etdi – FOTO

Mənbə qeyd edir ki, Putin və Durov eyni vaxtda Bakıda olublar. Rusiya lideri avqustun 18-19-da ölkə prezidenti İlham Əliyevlə danışıqlar aparmaq üçün Azərbaycana gəlib. Görüşdə Azərbaycan-Ermənistan nizamlanması da müzakirə olunub.

Məlumata görə, “Telegram”ın təsisçisi də eyni tarixlərdə Bakıda işgüzar səfərdə olub.

Teleqram kanalı iddia edir ki, səfərdən bir neçə gün əvvəl Putinə “Telegram”ın rəhbəri Pavel Durovla görüşmək təklif edilsə də, Rusiya prezidenti bundan imtina edib. İmtina səbəbləri haqda hər hansı məlumat verilməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*