Putin bu ölkələrdən olan həmkarlarını təbrik etmədibackend

Putin bu ölkələrdən olan həmkarlarını təbrik etmədi

Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ lideri Co Bayden və digər Qərb ölkələrinin rəhbərlərinə Yeni il münasibətilə təbrik ünvanlamayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Məlumata görə, Putin ənənəvi olaraq dekabrın son günlərində öz həmkarlarını Yeni il və Milad günü münasibətilə təbrik edir.

Dekabrın 30-u isə Kreml Rusiya liderindən təbrik mesajları alan liderlərin siyahısını açıqlayıb. Sözügedən siyahıda Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və digər ölkələrin rəhbərləri yer almayıb. Bildirilir ki, Putin ardıcıl olaraq 2 ildir həmin liderlərə təbrik ünvanlamır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*