Rusiya Prezidenti Vladimir Putinin hədəfi Ukraynanı bir neçə hissəyə bölməkdir.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov deyib.
“Putin Krımı işğal etdikdən sonra situasiyanı nəzərə almalıdır. Bunun üçün də o istəyir ki, Ukrayna dövləti məhv olsun. Putinin bir nömrəli tapşırığı budur. Daxili çaxnaşmanın yardımı ilə ölkəni iki-üç yerə bölməyi hədəfləyir. Putin bu yolla məqsədinə çatmasa, silaha əl atacaq”, – deyə Danilov bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibəyə hazırdır və silahlı qüvvələrin tərkibində 261 min hərbçi var:
“Təhlükəsizlik və müdafiə sektoru ilə birlikdə bu say təxminən bir milyona çatır. Bundan əlavə, ölkəni qorumağa hazır olan vətəndaş cəmiyyəti var. Bunlar isə milyonlarladır”.