Rusiya çirkin siyasətini davam etdirdikcə Ukrayna ərazilərində genişmiqyaslı hərbi əməliyyatlar qırğınlara səbəb olur. Deməli, müharibənin həlli elə də asan deyil. Eyni zamanda kollektiv qərb Ukraynaya dəstək verir və Rusiyanı nəyin bahasına olursa-olsun diz çökdürməyə çalışır. Rusiya isə yeni-yeni hərbi planlarını işləyib hazırlayır.
Bu gün Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə dünyaya yeni mesaj verib. Əslində rəqiblərini hədələyən Rusiya liderinin nəyə eyham vurması gün kimi aydındır.
Putin bildirib ki, əgər 3-cü dünya müharibəsi başlayarsa onun qalibi olmayacaq:
“Amerika münaqişənin geniş miqyas almasından qorxmadığını iddia edir. Amma bu ölkədə ağıllı adamlar çoxdur və onlar da 3-cü dünya müharibəsinin başlanmasını nələrə gətirib çıxaracağını çox gözəl anlayır. Əgər bu baş verərsə, Birləşmiş Ştatlar da daxil olmaqla müharibənin qalibi olmayacaq”, – deyə Putin bildirib.
Vəli Həsənov,
KONKRET.az