Putin ehtiyatda olan vətəndaşların hərbi təlimlərə cəlb edilməsi haqqında fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşların hərbi təlim keçməsi üçün çağırış haqqında fərman imzalayıb. Müvafiq sərəncam hüquqi məlumatların internet portalında dərc olunub.
“2023-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələrində hərbi təlim keçmək üçün ehtiyatda olan Rusiya Federasiyası vətəndaşı çağırılsın”, – sərəncamda deyilir.
Fərmanda iki bənd “rəsmi istifadə üçün” təyin edilib.
Xuraman Etibarlı,
KONKRET.az