Putin Ermənistanda oteldə, Lukaşenko isə oliqarx Tsarukyanın malikanəsində GECƏLƏDİ backend

Putin Ermənistanda oteldə, Lukaşenko isə oliqarx Tsarukyanın malikanəsində GECƏLƏDİ 

Çərşənbə günü Belarus prezidenti Aleksandr Lukaşenko KTMT sammiti çərçivəsində Ermənistana gedib.

KONKRET.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan əvvəlcə Lukaşenkonu Zvartnots hava limanında qarşılayıb, sonra onu sammitə aparıb.

Hraparak.am-ın məlumatına görə, qonaqlar, o cümlədən Rusiya prezidenti Vladimir Putin oteldə gecələdiyi halda, Lukaşenkonu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan şəxsi evində qəbul edib.

Saytın məlumatına görə, Tsarukyan Lukaşenkonu öz malikanəsində qəbul etməyə çox uzun müddət və diqqətlə hazırlaşıb. Bütün evi Tsarukyanın mühafizəçiləri mühafizə edib və Lukaşenkonu ağ-qara xüsusi geyimdə qarşılayıblar.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*