Putin həbs olunmasından qorxmayaraq BRİKS sammitinə gedəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumatda bildirilir ki, Putin avqustda keçiriləcək BRİKS sammiti üçün Haaqa Beynəlxalq Məhkəməsinə ekstradisiya olunacağından qorxmadan Cənubi Afrikaya gələ biləcək.
Putin narahat olmaya bilər. Cənubi Afrika Xarici İşlər Nazirliyi iyunda xarici işlər nazirlərinin görüşlərinin və avqustda keçiriləcək BRİKS sammitinin iştirakçılarına diplomatik toxunulmazlığa zəmanət verir.
Amma nazirlik izah edib ki, BRİKS toplantısı və sammiti iştirakçılarına verilən diplomatik toxunulmazlıq beynəlxalq məhkəmələrin orderlərinə şamil edilmir.
Xuraman Etibarlı,
KONKRET.az