Putin hökuməti təcili topladı – Xüsusi tapşırıqlar verdibackend

Putin hökuməti təcili topladı - Xüsusi tapşırıqlar verdi

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə təcili iclas keçirib.

KONKRET.az xəbər verir ki, görüşün əsas mövzusu Ukrayna qoşunlarının Kursk vilayətində daxil olmasıdır.

Dövlət başçısı sözügedən bölgənin əhalisinə lazımi köməyin göstərilməsi üçün xüsusi tapşırıqlar verib. Bildirilib ki, yaranacaq problemlərin həlli Rusiya baş nazirinin birinci müavini Denis Manturova tapşırılıb və hökumətin koordinasiyalı fəaliyyətini o tənzimləyəcək.

Həmçinin bu gün Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə də görüşü olacaq.

Xatırladaq ki, Ukrayna ordusu Kursk vilayətində bir neçə yaşayış məntəqəsini nəzarətinə keçirib.

Məlik Məlikov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*