Rusiya Prezidenti Vladimir Putin ötən ay ordunun Ukrayna qüvvələrini Kurskdan çıxarmasından sonra ilk dəfə bölgəyə səfər edib.
KONKRET.az xəbər verir ki, Kreml tərəfindən yayılan məlumata görə, Putin səfər çərçivəsində bölgədə fəaliyyət göstərən könüllü dəstələrlə görüşüb və Kurçatov şəhərində inşa olunan Kursk Atom Elektrik Stansiyası-2-nin tikinti sahəsini ziyarət edib.
O, həmçinin Kursk vilayətinin qubernator əvəzi Aleksandr Xinşteyn və digər yerli rəsmilərlə də görüşüb. O, könüllülərin göstərdiyi fədakarlığın dövlət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az