Rusiyaın dövlət başçısı Ukrayna ilə atəşkəslə bağlı danışıqlara və mövcud cəbhə xəttində müharibəni dayandırmağa hazırdır.
KONKRET.az xəbər verir ki, Rusiya hakimiyyətində 4 mənbəyə istinad edən “Reuters” agentliyi belə yazıb.
“Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, həm də atəşkəsə hazırdır”, – həmsöhbətlərdən biri deyib.
Üç mənbə bildirib ki, Kreml başçısı kiçik müşavir qrupuna “Qərbin danışıqlara mane cəhdləri”dən və Ukrayna prezidenti Vladimir Zelenskinin belə ehtimalı istisna etmək qərarından məyus olduğunu bildirib.
Mənbələrin sözlərinə görə, Putin müharibəni arxada qoymaq üçün Rusiyanın indiki “impulsundan” istifadə etmək istəyir. İddialara görə, o, rusların qələbəsini satmaq üçün müharibədəki mövcud “nailiyyətlərin” kifayət etdiyinə inanır. Putin həmçinin başa düşür ki, gələcək ilhaqlar ümummilli səfərbərlik tələb edəcək və bu, reytinqlərin aşağı düşməsinə səbəb olacaq.
Xatirə SADİQ,
KONKRET.az