“NATO Şərqə doğru genişlənməyəcəyinə söz verərək Rusiyanı aldatdı”.
KONKRET.az xəbər verir ki,, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, NATO Ukraynanı öz tərəfinə çəkməyə çalışıb.
“SSRİ-nin dağılmasından sonra Ukraynaya Qərbin təklifi ilə anti-Rusiya yoliunu tutan insanlar nəzarət edirdi. Kiyev Rusiya vətəndaşlarını qorxutmaq yolunu seçib, bu, terror fəaliyyətinin bariz əlamətidir”, – Putin bildirib.
O, müstəqillik dövründə Ukraynanın əvvəldən özünü neytral dövlət elan etdiyini, daha sonra Rusiyaya düşmən olan NATO-ya daxil olmaq üçün tədricən fərqli yola qədəm qoyduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2008-ci ildə Ukrayna heç bir xarici hərbi-siyasi gərginlik olmadan NATO-ya daxil olmaq istədiyiniı, Qərb ölkələri isə Ukrayna üçün NATO-nun qapılarının açıq olduğunu bəyan ediblər.
Xuraman Etibarlı,
KONKRET.az