ABŞ administrasiyası “Lukoil” şirkətinin xarici aktivlərinin satışı ilə bağlı danışıqlar aparmasına imkan verən lisenziyanı vaxtından əvvəl ləğv etmək hüququnu özündə saxlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “İnfotek” məlumat yayıb.
Bildirilir ki, ABŞ hakimiyyəti planlaşdırılan müqavilənin “Lukoil” ilə xarici aktivləri arasında əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxarıb-çıxarmayacağını və satışdan əldə edilən gəlirin sanksiyalar qaldırılana qədər dondurulub-dayandırılmayacağını qiymətləndirəcək.
Məlumatda qeyd olunur ki, hazırda Moskva “Lukoil”ə tətbiq olunan sanksiyanın aradan qaldırılması üçün Vaşinqtonla aktiv danışıqlar aparır.
O da vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putin sanksiyların ləğv olunmasını yaxın dostu, azərbaycanlı iş adamı Vahid Ələkbərovla olan şəxsi münasibətlərinə görə diqqətdə saxlayıb.
Qeyd edək ki, 13 dekabrda müddəti bitən lisenziya Vaşinqtonun qərarına əsasən, Lukoil və onun törəmə şirkəti “Lukoil International GmbH” ilə müqavilə bağlamaq üçün həqiqi danışıqlar apara bilməsə, istənilən vaxt ləğv edilə bilər.
