Putin parad zamanı niyə Paşinyanla təkbətək görüşməyib? – Akopyan CAVAB VERDİbackend

Putin parad zamanı niyə Paşinyanla təkbətək görüşməyib? - Akopyan CAVAB VERDİ

“Ermənistan kiçik dövlət olsa da, İkinci Dünya Müharibəsində əsgərlərimiz döyüşüb. Çoxsaylı itkilərimiz olub”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Hasmik Akopyan deyib.

“Niyə Ermənistanın baş naziri bu tədbirdə iştirak etməməlidir? Diversifikasiyanın bir hissəsi olaraq bütün tədbirlərdə iştirak etmək lazımdır. Rusiya mübahisəli dövlət deyil, biz tərəfdaş ölkələrik və ikitərəfli maraqları nəzərə alaraq qarşılıqlı fəaliyyət göstəririk”, – deputat qeyd edib.

Ermənistanın baş nazirinin müttəfiq sayılan ölkəyə səfər etməsi və bu dövlətin prezidenti ilə görüşməməsi haqda suala Akopyan belə cavab verib:

“Mən buna qiymət verə bilmərəm. Çünki ikitərəfli rəsmi görüş olmayıb. Amma başqa əlaqələr var. Rabitə başqa formatlarda da ola bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*