Putin Paşinyanı təriflədi – VİDEObackend

Putin Paşinyanı təriflədi - VİDEO

Putin Paşinyanı AİB-də ən yüksək iqtisadi artım tempinə görə tərifləyib.

KONKRET.az xəbər verir ki, bunu bu gün, mayın 25-də Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən iclasında deyib.

O bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətin əsas benefisiarına çevrilib.

“Görüşdən əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd etdi ki, əməkdaşlığın əsas benefisiarının hazırda AİB ölkələri arasında ən yüksək iqtisadi artım tempinə malik Ermənistandır – 12%-dən çox”, – Putin əlavə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Putinin sözlərini təsdiqləyib:

“Keçən il 12,6%, ilin əvvəlindən isə 12,1% olub”.

Putin isə “Bu, çox ciddi rəqəmdir” deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*